Leuvarden

Leuvarden (Löut; nid. Leeuwarden, BFƏ: [ˈleːˌwɑrdə(n)]; q.friz Liwwadden, Ljouwert) — Niderlandda bələdiyyə və şəhər, Frislandiya əyalətinin paytaxtı, eyniadlı icmanın mərkəzi. Şəhərin (bələdiyyənin) əhalisi 122 293 nəfər təşkil edir. Bölgə, əsasən, 10-cu əsrdə ortaya çıxmışdır. Şəhər e.ə. 9-cu əsrdən etibarən Leyvarden adlanmağa başlamışdır və 1435-ci ildə şəhər statusu almışdır.

Leyvarden şəhəri Frislandiya əyalətinin əsas iqtisadi mərkəzidir. Şəhərin mövqeyi də onun iqtisadi inkişafına əlverişli zəmin yaradır. Şəhər və onun ətrafı yaşıl və su cəhətdən zəngin bir mühitdə yerləşir. Leyvarden çoxlu tarixi tikililəri, meydanlarda yerləşən alışveriş mərkəzləri və restoranlara sahib olmaqla yanaşı, həm də keçmiş kral iqamətgahıdır. Leyvarden şəhəri 2018-ci ildə Avropanın Mədəniyyət Paytaxtı seçilmişdir.

Frislandiyanın 11 şəhərindən keçən buzüstü konkisürmə yarışı olan Elfstedentoxt (11 şəhər turu) Leyvardendə başlayrır və burada da sona çatır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search